RU

Binədə qaydaları alt üst edən sürücü: Maşını əks istiqamətə fırladıb yarışa çıxdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları “TikTok” sosial platformasında paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 99-VF-625 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü əyləci çəkərək avtomobili əks istiqamətə fırladıb.

Digər kadrda, “şou” göstərmək istəyən sürücü maşını yavaş-yavaş yavaş-yavaş irəli sürərək qarşıdakı nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.

Eyni zamanda o, avtomobilin konstruksiyasına müdaxilə edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb.

Başqa bir kadrda isə, sözügedən sürücü onu videoya çəkən avtomobildəki sürücüylə yarışıb. 

Nərmin

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
159
avtosfer.az

1Источники