RU

Atalara ödənişli məzuniyyət veriləcək

Artıq kişilər ata olduqda 14 gün ödənişli məzuniyyətə çıxa biləcəklər. Metbuat.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsinə edilən dəyişiklikdə təsdiqlənib. Belə ki, gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur. Bununla bağlı norma Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsində əksini tapıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
76
35
metbuat.az

10Источники