BAKI, 16 yanvar. TELEQRAF
Yanvarın 15-də dələduzluq etdiyi üçün axtarışda olan 5 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının yanvarın 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.