Antalyada hazırlıq keçən "Zirə" bu gün 2-ci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, günün ilk yarısında Ukrayna “Aleksandriya”sına 3:2 hesabı ilə məğlub olan paytaxt klubu Çexiyanın "Bohemians 1905" kollektivi ilə qarşılaşıb.
Görüş Çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu Ruan Renato vurub.
Qeyd edək ki, "Zirə" Türkiyədəki ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.