RU

İşə düzəltmə adı altında fırıldaq: Vətəndaş məhkəməyə müraciət edə bilər

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu məsələ şirkətlə bağlanılan müqavilənin məzmunundan asılıdır. Əgər vətəndaş hansısa vasitəçi şirkətlə əməkdaşlıq edirsə və işə düzəltmə ilə bağlı müqavilə bağlanırsa, burada əsas məqam müqavilədə göstərilən öhdəliklərdir. Müqavilədə qeyd olunursa ki, şirkətin öhdəliyi yalnız sənədlərin hazırlanması və göndərilməsindən ibarətdir, bu halda işə qəbul olunmamağa görə şirkət məsuliyyət daşımır".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. "Yəni şirkət bildirir ki, sənə kömək etdim, sənə yol göstərdim, lakin nəticəyə zəmanət vermirəm. Bu, həkim və ya vəkil nümunəsinə bənzəyir. Heç bir həkim yüz faiz sağalma, heç bir vəkil də yüz faiz məhkəməni udma zəmanəti verə bilməz. Belə zəmanət verən şəxs artıq şübhə doğurur".O bildirib ki, eyni qayda işə düzəltmə ilə məşğul olan şirkətlərə də aiddir:"Əgər müqavilədə açıq şəkildə yüz faiz işə düzəltmə zəmanəti verilibsə və bu yerinə yetirilmirsə, vətəndaş həmin şirkəti məhkəməyə verə və ödədiyi vəsaiti geri tələb edə bilər.Əgər tərəflər arasında yazılı müqavilə mövcuddursa, məsuliyyət də həmin sənədə əsasən müəyyən olunur. Yox əgər ümumiyyətlə müqavilə bağlanmayıbsa, bu halda hüquqi iddia imkanları xeyli məhdudlaşır".Qeyd edək ki, sosial şəbəkələrdə işə düzəltmə şirkətləri ilə bağlı şikayətlər gündən-günə artır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
101
demokrat.az

1Источники