Ajans.azxəbər verir ki, Moskva demək olar ki, tamamilə qar örtüyü altındadır. Şəhər təsərrüfatı xidmətləri 24 saat fasiləsiz rejimdə çalışır. Moskva administrasiyasının məlumatına görə, həftəsonundan etibarən şəhər ərazisindən 1 milyon kubmetrdən artıq qar təmizlənib. Şəhərdəki buna bənzər miqyaslı hava şəraiti sonuncu dəfə 2018-ci ildə qeydə alınmışdı.