RU

Pakistanda polis bölməsinə hücum edən silahlı dəstə məhv edilib

Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində polis bölməsinə hücum edən 12 silahlını zərərsizləşdirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Məlumata görə, 15-20 silahlıdan ibarət qrup Xaran şəhərində bir neçə bank filialını qarət edərək 3.4 milyon Pakistan rupisi (təxminən 12 000 dollar) oğurlayıb. Silahlılar, həmçinin şəhər polis bölməsinə hücum ediblər.

Terrorla mübarizə əməliyyatı zamanı təhlükəsizlik qüvvələri hücum edənləri geri çəkilməyə məcbur edərək onların əksəriyyətini məhv ediblər.

Избранный
78
1
moderator.az

2Источники