RU

"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç "Osiyek"ə uduzduqları (0:2) son yoxlama oyunu və təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis deyib:

“Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Bir xeyli şanslar da oldu, lakin onlardan yararlana bilmədik. Bəzi mikrozədəsi olan futbolçular var idi. Qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır. Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Düşünürəm ki bu toplanışda daha çox gənc oyunçular təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdi. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm”.
Избранный
31
4
football-plus.az

3Источники