RU

Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanı xilas edən polis əməkdaşının adı açıqlanıb. 

"Unikal" xəbər verir ki, həmin gün Sərxanı xidməti avtomobili ilə xəstəxanaya çatdıran Polis polkovnik-leytenantı Müşviq Gözəlov olub. 

 Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

"Polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görəndə xidmətdə idi, amma onun ani qərarı oldu. O, xilas etməyə tələsirdi. Heç qəza törədənlərlə maraqlanmadı. Daha vacib olan həyat idi.

Təcili yardımı gözləmədən uşağı xidməti avtomobillə xəstəxanaya çatdırdı. Valideynləri gələnədək tibb personalının yanında dayandı, reanimasiyanın qapısı önündə sükut kimi dikildi.

O dəqiqələrdə biz o uşağın adını bilmirdik. Ad bəlkə də ən xırda şey idi. Əsas olan bir insan ömrünün sönməməsi idi. Hər zəngimizdə eyni cavabı eşidirdik:

— Burdayam… nə lazımdırsa edirik.

Bu cümlə bir raport deyildi, vicdanın səsi idi. Bəzən bir insanın taleyi məhz belə sakit cümlələrdən başlayır.

O gün anladım ki, polis forması təkcə səlahiyyət deyil, mərhəmət libasıdır. M.Gözəlovun orada etdikləri mənə kitabların öyrətmədiyi həqiqəti göstərdi ki, bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir.

O səhnəni seyr edərkən qəribə bir qürur duydum. Sanki qaranlıq küçənin ortasında kiçik bir işıq yandı, insanlıq işığı. Və başa düşdüm ki, nə yaxşı, ordan polis keçirdi…".

Qeyd edək ki, Sərxan bu gün xəstəxanadan evə buraxılıb. 

Избранный
117
50
unikal.az

10Источники