RU

“Qarabağ”ın əcnəbi futbolçusundan MÖHTƏŞƏM qol - İzləməyə dəyər VİDEO

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununda da qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Osiyek” ilə üz-üzə gəlib.

Xorvatiya təmsilçisi ilə qarşılaşma Azərbaycan çempionunun qələbəsi ilə bitib - 3:1.

“Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

Onlardan Kaşuk gözəl qola imza atıb. Ukraynalı yarımmüdafiəçi cərimə meydançasının önündən qapışnın uzaq “doqquzluğ”unu dəqiq nişan alıb.

Избранный
58
sportinfo.az

1Источники