İndoneziyada yeni cinayət məcəlləsi qüvvəyə minib.
Publika.az xəbər verir ki, yeni qanun rəsmi nikahda olmayan şəxslər arasında intim münasibətlərə görə cinayət məsuliyyəti müəyyən edir. Qaydalar xarici turistlərə də şamil olunur.
Nikahdankənar münasibətə görə bir ilə qədər həbs cəzası tətbiq oluna bilər. Lakin cəza yalnız yaxın qohumların və ya qanuni həyat yoldaşının şikayəti əsasında verilir.
Qeyd edək ki, yenilənmiş normalar 2026-cı ilin yanvar ayından etibarən qüvvəyə minib və ölkədə həyata keçirilən genişmiqyaslı qanunvericilik islahatlarının bir hissəsidir.