Bakı. Trend:
“ChatGPT” çatbotunu yaradan “OpenAI” şirkətinin baş icraçıdirektoru Sem Altman süni intellektin insan beyni ilə birbaşaəlaqələndirilməsini nəzərdə tutan mümkün layihədən bəhs edib.
Trend xəbər verir ki, bubarədə “Merge Labs” xəbər yayıb.
Bildirilib ki, şirkət tamamilə yeni tip beyin–kompüterinterfeysi üzərində çalışır. Layihənin əsas məqsədi hər hansıcərrahi müdaxiləni istisna etməkdir.
Yeni texnologiya baş nahiyəsinə implant yerləşdirilməsini tələbetmir. Çiplərin elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlarabağlanacağı, məlumatın isə ultrasəs vasitəsilə qəbul və ötürüləcəyiqeyd olunub.