Daha sonra Qırğızıstan Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov çıxış edərək Qırğızıstanda mediasiya sahəsində həyata keçirilən islahatlardan, normativ-hüquqi bazanın formalaşdırılmasından və praktiki tətbiq mexanizmlərindən danışıb, Azərbaycanla təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Türk Dünyası Arabulucular Birliğichr("39")nin İdarə Heyətinin sədri Yakup Erikel çıxışında türkdilli ölkələr arasında mediasiya sahəsində vahid yanaşmaların formalaşdırılmasının, peşəkar mediator şəbəkəsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Konfransda çıxış edən Qırğızıstan Respublikasının Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının sədri Gülsina Kojoyarova mediasiya prosesində mediatorun rolu, etik prinsiplər və praktiki çətinliklər barədə fikirlərini bölüşərək, real təcrübələr əsasında effektiv mediasiya modelinin formalaşdırılmasına dair tövsiyələrini səsləndirib.
Daha sonra Bakı Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu çıxış edərək mediasiyanın biznes mühitində mübahisələrin operativ və sülh yolu ilə həllində mühüm alət olduğunu bildirib, ticarət və iqtisadi əlaqələrin inkişafında mediasiya institutunun roluna diqqət çəkib.
Tədbirin sonunda Qırğızıstan və Azərbaycan mediatorlarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31