RU

Ümit Karan həbs edildi

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barəsində həbs qərarı verilib.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə istintaq çərçivəsində Karan haqqında həbs qətimkan tədbiri seçib. İş üzrə daha 12 nəfərin də həbs olunduğu bildirilir.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun 8 oktyabr 2025-ci ildən apardığı narkotiklərlə bağlı istintaq çərçivəsində Ümit Karan bir neçə gün əvvəl saxlanılmışdı.

Ona “narkotik və psixotrop maddələrin istehsalı və ticarəti” maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
46
idmanxeber.az

1Источники