RU

“İnanıram ki, “Qaradağ Lökbatan”la mübarizə apara biləcəyik” “Xankəndi”nin yeni baş məşqçisi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

İbrahim Uzunca ilə vidalaşan “Xankəndi” bu gün yeni baş məşqçisini elan etdi. Məlum oldu ki, 2-ci liqa iştirakçısını “Karvan-Yevlax”ın qarşılıqlı razılıq əsasında yollarını ayırdığı Zaur Hacıyev çalışdıracaq.Bu təyinatla bağlı fikirlərini, planlarını və müqavilənin detallarını öyrənmək məqsədilə Zaur bəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:“Uzun müddət idi danışıqlar gedirdi. Bu ərəfədə komandayla tanış oldum. Xankəndi bizim üçün tarixi şəhərdi. Möhtərəm prezidentin “dəmir yumruğ”u, ordumuzun rəşadəti, şəhidlərimizin qanı, qazilərimizin əziyyəti sayəsində işğaldan azad olundu. Belə şəhərin komandası daha yüksək liqalarda çıxış etməlidi. Hədəf də məhz budu. Bilirəm ki, üzərimə böyük məsuliyyət götürmüşəm. Komandada yaxşı futbolçular var. Lakin daha güclü futbolçularla güclənməyə çalışacağıq. Müdafiə xəttində gördüyüm boşluqları aradan qaldırmalıyıq. İstəyirik ki, daha güclü kollektiv olaq. Ayrılıqlar da yaşana bilər. Ümidim böyükdü. İnanıram ki, “Qaradağ Lökbatan”la mübarizə apara biləcəyik. Liderliyi bu rəqiblə bölüşürük və debüt matçımda bu komandayla qarşılaşacağıq. Həmin oyunda qələbə qazanıb 1-ci sırada möhkəmlənmək niyyətindəyik. Bunu edə biləcəyimizə inanıram. “Xankəndi”də bəzi 1-ci liqa klublarından daha yaxşı şərait var. Müqavilənin detallarına gəlincə, hələ cari mövsümün sonuna qədər müddəti əhatə edəcək. Bundan sonra yeni birillik müqavilə imzalaya bilərik. Hər şey hadisələrin axarından asılıdı”.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
1
icma.az

2Источники