RU

Kino şirkətləri arasında yeni rəqabət başlayıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hollivudun “Paramount” kino studiyasının baş direktoru Devid Ellison əsas rəqiblərindən biri olan “Netflix” platformasına qarşı aktiv addımlar atmağa başlayıb.

Reyting.az-ın məlumatına görə, Ellison bu məqsədlə Avropanın nüfuzlu kinoteatr şəbəkələrinin rəhbər şəxsləri ilə bir sıra gizli görüşlər keçirib.

“Deadline” nəşrinin yazdığına görə, Ellison Avropa kinoteatrlarını “Netflix” və “Warner Bros. Discovery” arasında bağlanmış müqaviləyə qarşı çıxmağa razı salmağa çalışır.

Avropanın kino yayımı bazarında mövqelərini gücləndirməyi hədəfləyən “Paramount”un baş direktoru Böyük Britaniyanın mədəniyyət naziri Liza Nandi, eləcə də aparıcı Avropa kino istehsalçıları ilə çoxsaylı görüşlər keçirib. Bildirilir ki, Ellison Fransa prezidenti Emmanuel Makron və Avropa Birliyinin tənzimləyici qurumları ilə də danışıqlar aparıb.

Hollivud kino sənayesində böyük nüfuza malik olan “Paramount” şirkətinin hazırkı əsas problemlərindən biri kinoteatrların qorunması məsələsidir və bu, şirkətin əsas arqumentlərindən sayılır. Bu problemin yaxın zamanda həll olunacağına inanan “Paramount” və onun baş direktoru Devid Ellison strategiyalarında əsasən Fransa hökuməti və cəmiyyətinin güclü dəstəyini qazanmağa, tamaşaçıları yenidən kinoteatrlara cəlb etməyə üstünlük verirlər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
170
reyting.az

1Источники