"Neftçi"nin basketbol komandası heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Ayzeya Cerald Braunu transfer edib. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onlar eyni zamanda iki oyunçu ilə yollarını da ayırıb. Serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.