RU

Kadırovun oğlu təyyarə ilə Moskvaya aparılır

Yol-nəqliyyat hadisəsində xəsarət alan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun Moskvaya aparılması üçün təyyarə uçuşa hazırlanır.

KONKRET.az xəbər verir ki, eyni zamanda, Qroznı şəhərində yerləşən respublika xəstəxanasına yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslər də çatdırılıb. Lakin onların sayı və xəsarətlərinin ağırlıq dərəcəsi barədə dəqiq məlumat verilməyib.

Məlumata əsasən, 18 yaşlı Adam Kadırovun olduğu avtomobil kortejin önündə hərəkət edib. Avtomobili Adam Kadırovun özünün idarə etdiyi bildirilir.

Bildirilir ki, Adam Kadırovun huşu artıq yerinə gəlib və hazırda həkimlərin müşayiəti ilə Qroznı hava limanındadır, onun vəziyyəti qənaətbəxşdir.

Избранный
82
9
konkret.az

10Источники