Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Afərin, “Qarabağ”ın gəncləri! - Video
Xəbər verdiyimiz kimi, "Qarabağ" Antalya toplanışı çərçivəsində Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama matçı keçirib.
QOL.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan Ağdam klubunun heyətində iki gənc oyunçu debüt edib.
Söhbət 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlıdan gedir. Hər iki oyunçu matçın 2-ci hissəsində meydana daxil olub və üçüncü qolun vurulmasında birbaşa iştirak ediblər.
Əvvəcə Əli meydanın “Qarabağ”a aid hissəsində topu ələ keçirərək onu digər gənc futbolçu Hikmət Cəbrayılzadəyə ötürüb, o isə Bəhruz Qurbanlıya pas verib. Sonuncu isə Abbas Hüseynova qol ötürməsi edib.
Qeyd edək ki, Əli Bəşirov "Qarabağ"ın U-19, Bəhruz Qurbanlı isə əvəzədici komandasının üzvüdür. Onlar ilk dəfə əsas komandaya cəlb edilərək Antalya toplanışına aparılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.