RU

Tramp Maçado ilə yenidən görüşəcək

Ağ Evdəki görüşdən sonra jurnalistlərə danışan Tramp bildirib ki, Maçado görüş zamanı ona "bir çox müharibənin bitməsindəki roluna" görə Nobel Sülh Mükafatına layiq olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Maçadonun ona mükafatı təqdim etməsindən məmnun olduğunu bildirən Tramp, "Düşünürəm ki, o, çox dəyərli bir insandır və biz yenidən görüşəcəyik" dedi.

Tramp dedi: "(Maçado) mənə dedi ki, 'Sən səkkiz müharibəni bitirdin, bu mükafata səndən daha çox layiq olan heç kim yoxdur'. Məncə, bu, çox gözəl bir jest idi."

ABŞ prezidenti Tramp sosial media hesabında Maçado ilə görüşü ilə bağlı verdiyi açıqlamada müxalifət liderinin ona Nobel Sülh Mükafatını təklif etdiyini bildirib və bunun qarşılıqlı hörmətə əsaslanan "çox gözəl bir jest" olduğunu vurğulayıb.

Tramp əvvəlki açıqlamalarında "Maçadonun Venesuelada hakimiyyəti ələ keçirmək üçün kifayət qədər xalq dəstəyinə və gücünə malik olmadığını" iddia etmiş və buna görə də müvəqqəti prezident Delsi Rodrigez və onun hökuməti ilə əməkdaşlıq edəcəklərini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
27
turkustan.az

1Источники