RU

Ağ Ev: Danimarka Qrenlandiyanı idarə edə bilmir

Ağ Ev katibinin müavini Stiven Miller Fox News-a açıqlamasında Danimarkanı Qrenlandiyanı idarə edə bilməyən bir ölkə adlandırıb.

Doğru.az xəbər verir ki, RİA Novosti onun sözlərini sitat gətirir:

“Danimarka kiçik iqtisadiyyatı və kiçik ordusu olan kiçik bir ölkədir. Onlar Qrenlandiyanı müdafiə edə bilmirlər. Onlar Qrenlandiyanın ərazisinə nəzarət edə bilmirlər” – deyə Miller bildirib.

Siyasətçi əlavə edib ki, ABŞ-ın milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya ehtiyacı var.

ABŞ lideri Donald Tramp daha əvvəl ABŞ-ın Danimarka ilə yaxşı münasibətlərinin olduğunu, lakin Qrenlandiyanın strateji baxımdan vacib olduğunu bildirmişdi.

DOĞRU.AZ

Избранный
35
1
dogru.az

2Источники