''Beşiktaş''da sürpriz bir ayrılıq reallaşmaq üzrədi. Dəmir Ege Tıknaz yenidən Portuqaliyaya qayıtmağa yaxındı. Yağız Sabuncuoğlunun xəbərinə görə ''Braqa'' ilə ''Beşiktaş'' arasında bu transferlə bağlı razılıq əldə olunub. Portuqaliya klubunun bu keçidə görə İstanbul nəhənginə 7,5 milyon avro ödəyəcəyi gözlənilir. Hazırda son detallar üzərində danışıqlar gedir. Başqan Sərdal Adalı da son açıqlamasında Dəmir Ege Tıknaz üçün rəsmi təklif aldıqlarını və futbolçunun özünün də ayrılmaq istədiyini etiraf etmişdi. Qeyd edək ki, ''Beşiktaş''ın yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi Portuqaliya futbolunu gözəl tanıyır. O, ötən mövsümü icarə əsasında ''Riu Ave''də keçirmiş və özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Ara-sıra Türkiyə yığmasına da dəvət alan Tıknaz hətta Lissabon nəhənglərinin diqqət mərkəzinə də düşmüşdü. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Dəmir Ege bu mövsüm ''ağ-qaralar''da 17 rəsmi oyunda aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта