"Mobius Emerging Opportunities Fund"un Baş icraçı direktoru Mark Mobius Bloomberg TV-yə verdiyi müsahibədə Çin fond bazarındakı yüksəlişin Çinin texnologiya sektorundakı addımları sayəsində davamlı göründüyünü söyləyib.
Marja.az xəbər verir ki, Mobius qızıl barədə “Bu səviyyələrdə (qiymətlərə - red) qızıl almaram” deyib və əlavə edib: “Bəlkə indiki səviyyəsindən təxminən 20 faiz aşağı səviyyədə ala bilərəm, amma bu mərhələdə qızılın ardınca getmərəm”.
Mobius Çin fond bazarının investorlar üçün ölkənin texnologiya sektorunda etdiklərinin çox həyəcanverici olacağını vurğulayıb və qeyd edib ki, Çinin indiki hədəfi yüksək səviyyəli çiplərdə və hər cür süni intellektdə ABŞ-ı texnologiya baxımından geridə qoymaqdır: “Buna görə də pul bu istiqamətə gedir, istehlakçılara yox”.
Məşhur investor sözlərinə portfelinin təxminən 20 faizini nağd pul kimi saxladığını da əlavə edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da