Bakı.Trend:
Hal-hazırda Qrenlandiyanın sahillərində nə Rusiya, nə də Çingəmiləri var.
Trend xəbər verirki, bunu Danimarkanın Birgə Artkitk Komandanlığının (Joint ArcticCommand) rəhbəri, general-mayor Soren Anderson bildirib.
“Danimarkaya, o cümlədən Qrenlandiyaya birbaşa təhlükə görmürük.Qrenlandiyanın yaxınlığında heç bir Rusiya və ya Çin gəmisinigörmürük. Əlbəttə, belə gəmilər mövcuddur və ABŞ da bunu bildirir.Lakin bu gəmilər Şimal Buzlu Okeanda yerləşir, Qrenlandiyanınyaxınlığında yox” – Andersen qeyd edib.
Danimarkalı hərbi kommandan həmçinin vurğulayıb ki, Danimarka2026-cı ildə Rusiyanın okeanda fəallığını artıracağınıgözləyir.
Andersen bildirib ki, Birgə Arktik Komandanlıq ABŞ-dan yox,başlıca olaraq Rusiyadan gələn potensial təhdidlərə qarşıqorunmanın təmin olunmasına xidmət edir.
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Trampbildirib ki, Ştatlar milli təhlükəsizliyini təmin etmək məqsədiləQrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunu Rusiya vəÇin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.