RU

Milli Kitabxanada tanınmış şairə Mədinə Gülgünün 100 illiyi münasibətilə kitab sərgisi açılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisində şairənin kitabları, onun haqqında yazılmış əsərlər, dövrü mətbuatda çap olunan yazılar yer alıb.

 

 

Избранный
32
3
azertag.az

4Источники