RU

Brüssel Tehranı yeni sanksiyalarla hədələyir

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

Ölkə.az “politico”ya istinadən xəbər verir ki,  sanksiya siyahısına  insan haqlarının pozulmasına görə Aİ sanksiya rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiya siyahısına dron istehsalı ilə bağlı 10 maddənin əlavə edilməsini təklif edir.
"Politico"nun yazdığıa görə, Almaniya, Fransa və Hollandiyanın Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəklədiyini açıqlayıb. 

“Euractiv”-in məlumatına görə, Avropa İttifaqı Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq niyyətində deyil.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bir müddət əvvəl bildirib ki, Aİ İran əleyhinə sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.

Mürtəza

Избранный
47
11
olke.az

10Источники