ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana dəvət göndərib.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran məlumat verib.
Onun sözlərinə görə, Tramp rəhbəri olduğu Sülh Şurasında Türkiyə liderinin də üzv kimi iştirak etməsi üçün Ərdoğana müraciət ünvanlayıb.