RU

Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkəərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasəndağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdəintensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabirgüclü külək əsəcəyi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bubarədə Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti iləəlaqədar əhaliyə müraciətində deyilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməletməyə çağırır.

Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcıcihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bucihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddiriayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsullahazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrikşəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olanqızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı vəqarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, beləbir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarınıəvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərininfəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təminetməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dikyamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayışməntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Избранный
100
1
az.trend.az

10Источники