RU

TikTok məhkəməyə verildi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İngiltərədə beş ailə “TikTok” platformasında bəyənmə qazanmaq məqsədilə qoşulunan təhlükəli sosial media trendləri nəticəsində həyatını itirən övladları ilə bağlı hüquqi mübarizəyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ailələr övladlarının ölümündə rol oynadığına inandıqları “Blackout challenge” (bayılma çağırışı) adlı trendə görə sosial media platforması “TikTok”u məhkəməyə veriblər.

İddianın əsas təşəbbüskarlarından biri Ellen Ruumdur. O, 2022-ci ildə 14 yaşlı oğlu Jools Sweeney-ni itirib. Ailələrin iddiasına görə, uşaqlar özlərini boğaraq huşunu itirməyə təşviq edən bu təhlükəli trendin təsiri altına düşüblər. Valideynlər bildirirlər ki, platforma risklərin əvvəlcədən məlum olmasına baxmayaraq, bu cür məzmunların yayılmasının qarşısını almayıb.

Toplu iddiaya qoşulan digər valideynlər arasında 13 yaşlı oğlu İsaakı “blackout” çağırışı tipli videoya qatıldıqdan sonra itirən Lisa Kenevan, narahatedici məzmunlarla qarşılaşdıqdan sonra 13 yaşlı qızı Maia-nı itirən Liam Uolş, eləcə də oğlu Archie Battersbee-ni itirən Hollie Dance də yer alır.

Bununla yanaşı, ailələr övladlarının sosial media hesablarına çıxış əldə etmək istədiklərini bildiriblər. Onların sözlərinə görə, “TikTok”un asılılıq yaradan dizaynı və alqoritmik yönləndirmələri uşaqları riskli və təhlükəli məzmunlara sürükləyir.

Ellen Ruum isə oğlunun ölümündən sonra uşaqların onlayn təhlükəsizliyinin artırılması istiqamətində fəal kampaniya aparır. O, valideynlərə övladlarının hesab məlumatlarına çıxış imkanı verən qanunun qəbul edilməsi üçün mübarizə apardığını qeyd edib.

Qeyd edək ki, “TikTok” yaxın həftələrdə Avropa İttifaqı (Aİ) ərazisində yeni yaş doğrulama texnologiyasını tətbiq etməyə hazırlaşır. Ötən il Aİ-də sınaqdan keçirilən bu sistem profil məlumatlarını, paylaşılan videoları və istifadəçi davranışlarını təhlil edərək hesabın 13 yaşdan aşağı şəxsə məxsus olub-olmadığını müəyyənləşdirir. Pilot layihə nəticəsində minlərlə hesab platformadan silinib.

Eyni zamanda, Avstraliyada olduğu kimi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi məsələsi Böyük Britaniyada da müzakirə olunur.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
1
cebheinfo.az

2Источники