RU

Biznes qurmaq adı ilə 24 min manatı mənimsədi

Sumqayıt şəhərində zərərçəkən polisə müraciət edərək 24 min manat maddi vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
107
19
konkret.az

10Источники