
Suriya Prezidenti Əhməd əl-Şaraa Novruzun Suriyada dövlət bayramı kimi tanınması haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Novruz bayramı (21 mart) Suriya Ərəb Respublikasında bahar və qardaşlığı simvolizə edən milli bayram kimi rəsmi ödənişli istirahət günü elan edilir”, - fərmanın 5-ci maddəsində deyilir.
Sənədə görə, dövlət qulluqçuları bu gün ödənişli istirahət günü almaq hüququna malik olacaqlar.
Fərman həmçinin kürd dilini ərəb dili ilə yanaşı milli dil kimi tanıyır və etnik mənsubiyyətə və dilə görə ayrı-seçkiliyi qadağan edir.