Sumqayıt şəhərində apteklərdən birində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən aptekdə qeydə alınıb.
İlkin məlumata əsasən, yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, müvafiq texnika və canlı qüvvə cəlb edilib. Hazırda yanğının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.