RU

"Real Madrid" Arbeloanın rəhbərliyi altındakı ilk La Liqa matçında qalibGƏLDİ

İspaniya La Liqasının 20-ci turunda "Real Madrid" "Levante"ni qəbul edib.

Redaktor.az xəbər verir ki, Kral klubunun yeni baş məşqçisi Alvaro Arbeloa üçün ölkə çempionatındakı debüt matçı uğurlu olub.

Meydan sahiblərinin hücumçusu Kilian Mbappe 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 65-ci dəqiqədə müdafiəçi Raul Asensio komandanın üstünlüyünü artırıb - 2:0.

Hazırda "Real" 48 xalla yarış cədvəlinin ikincisidir. "Levante" isə 14 xalla sondan ikinci - 19-cu pillədə qərarlaşıb.

Избранный
127
2
redaktor.az

3Источники