RU

İran milli mesajlaşma tətbiqlərini aktivləşdirməyi planlaşdırır

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Etirazlardan sonra internetin bağlanması fonunda İran milli mesajlaşma tətbiqlərini yenidən aktivləşdirməyi planlaşdırır. 

"Ölkə.az" xəbər verir ki, bu barədə IRIB xəbər agentliyinin məlumat yayıb.

"Mavi işarəsi olan təsdiqlənmiş və müəyyən edilmiş kanallar tezliklə Bale, Rubika, Soroush Plus və Igap messencerlərində aktivləşdiriləcək", - açıqlamada bildirilir.

Nəşr qeyd edur ki, indiyə qədər yalnız rəsmi İran media kanallarının fəaliyyət göstərməsinə icazə verilmişdi.

Daha əvvəl Mehr xəbər agentliyi internetin İranda bəzi istifadəçilər üçün yenidən əlçatan olduğunu bildirmişdi.

İran hakimiyyəti 8 yanvarda ölkə miqyasında interneti bağlamışdı. Bəzi ərazilərdə telefonla rabitə xidməti də məhdudlaşdırılmışdı.

İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb. 

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
105
2
olke.az

6Источники