RU

Ukrayna Rusiyanın “toxunulmaz” poliqonunu vurdu KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın strateji raket sınaq mərkəzi Kapustin Yar poliqonuna hücum edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mənbələrinin yaydığı məlumata əsasən, gecə saatlarında poliqon istiqamətində bir neçə PUA qeydə alınıb və ərazidə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Hadisənin nəticələri, mümkün zərər və itkilər barədə rəsmi qurumlar ətraflı açıqlama vermir.

Hücumun əsas diqqətçəkən tərəfi ondan ibarətdir ki, Kapustin Yar Rusiyanın ən mühüm raket sınaq və buraxılış məntəqələrindən biri hesab olunur. Məhz bu poliqondan Ukraynaya “Oreşnik” raketlərinin buraxıldığı qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
1
konkret.az

2Источники