RU

Çin Afrikada təsir dairəsini genişləndirməyə başladı

Çin artıq uzun müddətdir ki, Afrikada təsir dairəsini planlı şəkildə genişləndirir və bu prosesdə əsas alətlərdən biri irimiqyaslı infrastruktur layihələridir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rusiyalı siyasi analitik Andrey Nikulin “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Ekspertin sözlərinə görə, Çin tərəfindən maliyyələşdirilən limanlar Afrika qitəsinin əksər sahilyanı ölkələrində mövcuddur. O qeyd edib ki, uzun sahil xəttinə malik ölkələr arasında istisnalar demək olar ki, yoxdur. Yalnız Liviya və Somali kimi daxili problemlərlə üzləşən dövlətlər, eləcə də Liberiya bu siyahıya daxil deyil.

Andrey Nikulin diqqətə çatdırıb ki, inşa olunan limanların bir qismi ikili təyinat daşıyır. Onun fikrincə, həmin obyektlər təkcə mülki məqsədlər üçün deyil, eyni zamanda Çin Hərbi Dəniz Qüvvələri üçün baza funksiyasını da yerinə yetirir.

Analitik vurğulayıb ki, bu strategiya Pekinin Afrikada həm iqtisadi, həm də hərbi-siyasi mövqelərini möhkəmləndirməsinə xidmət edir.

Избранный
78
nocomment.az

1Источники