RU

Pakistanda baş verən yanğında üç nəfər ölüb

Bakı. Trend:

Pakistanın cənubundakı Karaçi şəhərində yerləşən “Gul Plaza”ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ən azı üçnəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.

Trend xəbər verirki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, şəhərin sıx məskunlaşdığı ərazidə yerləşənticarət mərkəzinin birinci mərtəbəsində başlayan yanğın qısamüddətdə bütün binaya yayılıb. Yanğın zamanı yuxarı mərtəbələrdəbir neçə nəfər köməksiz vəziyyətdə qalıb.

Təcili yardım xidmətləri hadisə yerinə altı yanğınsöndürməbriqadasının cəlb edildiyini, lakin vəziyyətin hələ də kritikolaraq qaldığını bildirib.

İlkin məlumatlara əsasən, yanğın mağazalardan birində baş verənelektrik qısaqapanması nəticəsində yaranıb. Hüquq-mühafizəorqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Избранный
82
az.trend.az

1Источники