Amerikalı supermodel, İrina Şeykin yaxın dostu, "Victoria’s Secret" “mələyi” Stella Maksuell "Issueissue" jurnalının üz qabığı üçün topless fotosessiyada iştirak edib.
Publika.az xəbər verir ki, model çəkilişdən olan fotoları "Instagram" hesabında paylaşıb.
Stella Maksuell üst-üstə yığılmış döşəklər üzərində topless şəkildə poz verib. Model qara-bej rəngli ətək və şəffaf kolqot geyinib. Obraz boynundakı muncuq aksesuarı ilə tamamlanıb.
May ayında Stella Maksuell 78-ci Kann Kino Festivalı çərçivəsində keçirilən “Finikiya sxemi” filminin premyerasının qonağı olub. Model qırmızı xalçada naxış və payetlərlə bəzədilmiş qara, şəffaf maksi libasda görünüb. Tədbirdə “çılpaq obrazlara” qoyulan qadağanı pozmamaq üçün libasın altından bədən rəngli bodi geyinib. Stilist "Victoria’s Secret" “mələyi” üçün yüngül dalğalı saç düzümü yaradıb, vizajist isə kömür qara oxlar və çılpaq dodaqlarla makiyaj edib.