RU

Trampdan işarə: Post Xamenei dövrünə hazırlıq gedir RƏY

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Tramp “Xameneinin ölkəsini məhv etdiyini bəyan edib” və qeyd edib ki, “İranda yeni lider axtarmağın vaxtıdır”. Xamenei isə bütün baş verənlərə görə Trampı günahlandırıb".

Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, ritorik qarşıdurmanın arxa planında müəyyən razılaşmalar, yaxud vədlərin olması ehtimalı zəif deyil:

"Trampın etirazçılara “kömək yoldadır” deməsinə baxmayaraq, İrana hərbi müdaxilə ssenarisini təxirə salmasının səbəbləri arasında (digər səbəblər də var) bu amil də istisna edilməməlidir. Trampın “yeni lider” mesajı da bu kontekstdə diqqət çəkir. Mümkündür ki, söhbət post-Xameneyi dövrünə hazırlıqdan gedir. Bölgədə təsir imkanlarını itirən İran rejiminin ölkə daxilində də dayaqları zəifləyir, son etirazlar bunun əyani nümunəsi idi və ciddi islahatlar – dəyişikliklər olmasa, aksiyaların yenidən təkrarlanacağı gözləntisi böyükdür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
sherg.az

1Источники