RU

Transformerlərə bənzəyən avtomobil təqdim olundu

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Alman superkar istehsalçısı "Apollo" yeni EVO modelini təqdim edib.

Oxu.Az "Auto Express"ə istinadən xəbər verir ki, 800 at gücündə 6.3 litrlik "Ferrari" V12 mühərriki ilə işləyən bu ekstremal avtomobil 100 km/saat sürətini 2.7 saniyəyə toplayır.

Yeni "Apollo EVO"nun qiyməti 3 milyon avrodan başlayır. 10 avtomobildən ibarət məhdud sayda buraxılacaq.

Avtomobil "Apollo Intensa Emozione"nun varisidir və aqressiv stilini qoruyub saxlayır. Onun üzərindəki oymalar isə "Transformerlər" filmlərindəki Deseptikonları xatırladır.

Karbon lifli avtomobilin özü cəmi 1 300 kq ağırlığındadır. 6 pilləli ötürücü qutuya malik superkarın maksimal sürəti 335 km/saatdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
129
oxu.az

1Источники