RU

Tramp Argentinanı Qəzza Sülh Şurasının həmtəsisçiləri sırasına qoşulmağa dəvət edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasınınhəmtəsisçilərindən biri olmağa dəvət edib.

Trend xəbər verirki, bu barədə Argentina Prezidenti Xavyer Miley “X” sosial mediaplatformasında paylaşım edib.

Miley bildirib ki, sözügedən Şurada iştirak etmək Argentina üçünhəm böyük məsuliyyət, həm də böyük şərəfdir.

O vurğulayıb ki, bu təşkilatın əsas məqsədi silahlımünaqişələrin hökm sürdüyü bölgələrdə sülh yolu ilə həllmexanizmlərinin təmin olunmasıdır. Onun sözlərinə görə, Qəzzazolağı Şura üçün ilk ciddi sınaq olmalıdır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp oxşar təklifləri Kanada,Misir və Türkiyə liderlərinə də göndərib. Kanada Baş naziri MaylKarni artıq bu təklifi qəbul edib.

Избранный
196
1
az.trend.az

2Источники