RU

“Nə ədəb, nə mərhəmət, nə şərəf qalıb!”

Müğənni Günel Zeynalova Türkiyədə faciəli şəkildə həyatını itirən 17 yaşlı Atlas Çağlayanla bağlı paylaşım edib. 

KONKRET.az xəbər verir ki, sənətçi Atlasın anasının görüntülərini paylaşaraq hadisəyə etirazını bildirib və ədalət çağırışı edib.

G.Zeynalova qeyd edib ki, gəncliyin bu qədər asanlıqla əlindən alınması cəmiyyətdə mərhəmət və vicdanın tükəndiyini göstərir:

“Gənclik…Hər şey üçün “keçmişdə qaldı” demək nəcə də dilimizə düşüb. Hətta dilimizdən düşməz olub. “Bu dünyanı uşaqlar xilas edəcək” deyimimiz var idi. Təəssüf ki, nə deyim, nə ədəb, nə mərhəmət, nə şərəf qalıb. Bitməyən sözlər… Bəli, haqqın yanındayam. Bu gənc qardaşımız üçün də ədalət istəyirəm. Anasına səbir diləyirəm. Məkanı cənnət olsun”.

Xatırladaq ki, İstanbulun Güngören rayonunda baş verən hadisə zamanı Atlas Çağlayan “bizə niyə baxdın” mübahisəsi zəminində bıçaqlanaraq öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən 15 yaşlı E.Ç. saxlanılaraq həbs edilib.

Избранный
142
7
konkret.az

8Источники