RU

FHN-dən Ağsudakı zəlzələ ilə bağlı AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.

 


Telegram kanalımız
Избранный
42
30
yenisabah.az

10Источники