RU

Qurban Yetirmişlidən son günlər baş verən zəlzələlərlə bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub.

"Ölkə.az" xəbər veri ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli oxu.az-a bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır:

"Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yeraltı təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur".

Qeyd edək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib.

Избранный
60
14
olke.az

10Источники