Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə A qrupunda iki görüş baş tutacaq.
Saat 15:00-da "Sabah" - "Şəki" matçı start götürəcək. "Sabah" 21 xalla ikinci pillədə mövqe tutubsa, 14 xala malik "Şəki" isə 5-cidir.
NTD - "Abşeron Lions" dueli isə saat 18:00-da başlayacaq. "Abşeron Lions" 23 xalla qrupda lideri, NTD 12 xalla sonuncu - 6-cıdır.
Hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.