RU

Mingəçevirdə yanğın ölümə səbəb oldu

Mingəçevirdə fərdi təsərrüfatda baş verən yanğın zamanı xəsarət alan şəxs vəfat edib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1951-ci il təvəllüdlü İlqar Rüstəmova məxsus evdə elektrik qızdırıcısının aşması nəticəsində yanğın baş verib.

Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya yerləşdirilib.

Избранный
80
2
publika.az

3Источники