
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə xüsusi olaraq qeyd edilmişdir ki, Ermənistan işğal dövründə ölkəmizə qarşı su terrorunu həyata keçirirdi.
Məlum olduğu kimi, Qarabağın və Şərqi Zənqəzurun su resursları ölkənin ümumi su resurslarının 25 faizni təşkil edir. Ermənistanın ərazi iddialarından qaynaqlanan təcavüz nəticəsində həmçinin bizim ru resurslarımız da işğala məruz qalmşdır. İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə cirkləndirilmişdir. Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının mənfi təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan xeyli dərəcədə artıq olmuşdur. İşğal dövründə bir çox su anbarları - Xaçınçay, Ağdamkənd, Köndələnçay, Suqovuşan baxımsız vəziyyətə salınmışdır. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının axınının bağlanması və sudan silah kimi istifadə edilməsi region üçün böyük problemlər yaratmışdı. Suya ciddi ehtiyac olanda ermənnilər onu kəsirdilər, sonra isə su buraxılaraq böyük daşqınlara səbəb olurdu.
Ancaq Azərbaycanın əldə etdiyi Böyük Zəfərədən sonra Qarabağ iqtisadı regionunda yeni dönəm başladı və bir neçə mühüm layihə icra olundu, Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edildi. Hazırda “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub, işğaldan azad edilmiş digər ərazilərdə - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı, Ağdam rayonunda “Xaçınçay” su anbarı, Laçın rayonunda “Zabuxçay” su anbarı yenidən qurulmuşlar. Artıq iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulmuşdur və zəruri hazırlıq işləri uğurla həyata keçirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта