RU

Suriya hökumət qüvvələri su bəndini kürd qüvvələrindən geri aldı

Suriya hökumət qüvvələri ölkənin şimal və şərq bölgələrində genişmiqyaslı əməliyyatları davam etdirərək strateji əhəmiyyətli bir neçə obyekti nəzarətə götürüb.

Publika.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Suriya ordusu şimalda yerləşən Təbqa şəhərini və ona bitişik, ölkənin ən böyük su bəndi olan Təbqa bəndini kürdlərin rəhbərlik etdiyi qüvvələrdən (SDQ) təmizləyib.

Məlumata görə, bu hücum ABŞ-nin Suriya ordusuna kürdlərin nəzarətindəki ərazilərdə irəliləyişi dayandırmaqla bağlı çağırışlarına baxmayaraq həyata keçirilib. Hələlik SDQ tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib və döyüşlərin davam edib-etmədiyi dəqiq bilinmir.

Избранный
132
12
publika.az

10Источники