RU

Tramp bu ölkələrə şərt qoydu: 1 milyard dollar verin!

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Donald Tramp administrasiyası Qəzza Sülh Şurasında hər bir ölkədən 1 milyard dollar tələb edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

“Şura nizamnaməsinin tam mətninə əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkələrin Qəzza üzrə Sülh Şurasında üç ildən çox qalmaq üçün 1 milyard dollar ödəməsini istəyir.

Nizamnamədə deyilir ki, hər bir üzv dövlət bu Nizamnamə qüvvəyə mindiyi tarixdən etibarən, sədr tərəfindən yenilənmək şərti ilə, üç ildən çox olmayan müddətə xidmət edəcək. Sədr isə ABŞ Prezidenti Donald Tramp olacaq”, – deyə bildirilib.

Sənəddə qeyd olunub ki, nizamnamənin qüvvəyə mindiyi ilk il ərzində Sülh Şurasına nağd şəkildə 1 milyard ABŞ dollarından çox vəsait köçürən üzv dövlətlərə üçillik üzvlük müddəti tətbiq olunmayacaq.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
globalinfo.az

1Источники