RU

İranlı diplomat İsveçrədən sığınacaq istəyib

Ajans.az xəbər verir ki,bu barədə "Iran International" mənbələrə istinadən xəbər verir. Mənbələrin bildirdiyinə görə, İranın BMT-dəki daimi nümayəndəliyinin yüksəkvəzifəli əməkdaşı Əlirza Ceyrani Hökmabad işdən ayrıldıqdan sonra ailəsi ilə birlikdə sığınacaq üçün ərizə təqdim edib. O, müşavir vəzifəsini tutub və faktiki olaraq İranın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanındakı nümayəndəliyinin rəhbər müavini vəzifələrini icra edib.

Qeyd edilib ki, Ə.Ceyrani ölkədə davam edən siyasi və sosial təlatümlərin mümkün nəticələr ilə bağlı narahatlıqlara görə İrana qayıtmamaq qərarına gəlib.

Избранный
106
3
Ajans.az

4Источники